90 min qaçqın Türkiyə sərhədinə köçdü

4 gün ərzində 90 min qaçqın Türkiyənin sərhədlərinə köç edib.

Sabahinfo.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Rusiyanın İdlibdəki hücumlarının nəlticəsində 90 min suriyalı Türkiyə yaxınlığına köç etməyə məcbur qalıb. Suriyada Bəşər Əsəd rejimi və Rusiyanın aramsız hücumları yerli əhalinin ölkədən uzaqlaşmasını günbəgün sürətləndirir.

Qeyd edək ki, köç edənlər Türkiyənin «Fərat Qalxanı» və «Zeytun Budağı» əməliyyatları nəticəsində terrorçularıdan təmizlədiyi ərazilərdə məskunlaşırlar.