Azərbaycanda dəmir yolu yaxınlığında meyiti tapılan şəxslə bağlı DƏHŞƏTLİ FAKT

Daşkəsəndə meyititapılan kişinin kimliyi məlum olub.

Oxu.Azxəbər verir ki, dekabrın 21-də rayonun Bayan kəndi ərazisində naməlum kişi meyiti aşkarlanıb.

Məlum olub ki, meyit Şəmkirrayonu, Çıraqlı qəsəbə sakini, 1962-ci il təvəllüdlü Abdullayev Qurban Oruc oğluna aiddir.

Q.Abdullayev baş nahiyəsindən odlu silahdan açılmış atəş nəticəsində ölüb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətmiş, Daşkəsən rayonunda qeydiyyatda olan, Gəncə şəhərində müxtəlif ünvanlarda yaşayan 1962-ci il təvəllüdlü Mehdiyev Elbrus Cumalı oğlu tutularaq adiyyəti üzrə istintaq orqanlarına təhvil verilib.

Faktla bağlı araşdırma davam edir.

Qeyd edək ki, Q.Abdullayevin meyiti bir neçə gün əvvəl dəmir yolu yaxınlığında tapılmışdı.