Kaşıkçını tikə-tikə doğrayanlara hökm oxundu - Edam olunacaqlar

Səudiyyə Ərəbistanındaqəddarcasına qətlə yetirilmiş Camal Kaşıkçı cinayəti ilə bağlı məhkəmə işi yekunlaşıb. Məhkəmə cinayətlə bağlı beşnəfərə edam hökmü verib, üçnəfəri isə 24 il müddətinə azadlıqdan məhrum edib.

Bu barədə "Son Dakika” xəbər yayımlayıb.

Qeyd edək ki, 2018-ci il oktyabrında Türkiyənin İstanbul şəhərində Səudiyyə Ərəbistanının Baş Konsulluğuna nikah məsələlərini həll etmək üçün girən səudiyyəli jurnalist Camal Kaşıkçıdan bir daha xəbər alınmamışdı. Onun Səudiyyə Ərəbistanından gələn xüsusi bir dəstə tərəfindən qəddarcasına - doğranaraq öldürüldüyü məlum olmuşdu.

Jurnalistin cəsədi uzun müddət axtarışlara baxmayaraq, tapılmayıb. Bu səbəbdən ehtimal edilir ki, onun cəsədisulfat turşusunda yandırılıb.

BMT İnsan Haqları Ali Komissarlığı iyun ayında yayımlanan 101 səhifəlik hesabatda Səudiyyə Ərəbistanı hökumətiniCamal Kaşıkçını qəsdən öldürməkdə məsul bilmişdi.

Hesabatda aralarında vəliəhd şahzadə Məhəmməd Bin Salmanın da olduğu ali səviyyəli səlahiyyətlilərin istintaqı üçün kifayət qədər etibarlı dəlillərin olduğuna işarə edilib.