Türkiyədə təbii fəlakət qurbanlarının sayı 41-ə çatdı

Türkiyənin Van-Bahçesaray magistralında qar uçqununda ölənlərin sayı artıb.

"Sondakika.com”un xəbərinə görə, 3 nəfərin də cəsədi uçqundan çıxarılıb.

Bununlatəbii fəlakət qurbanlarının sayı41 nəfərə çatıb.

Yaralıların sayının 81 nəfər olduğu bildirilib. Onların arasında bəzilərinin vəziyyətinin ağır olduğu qeyd edilib.

Xatırladaq ki, qar uçqunu nəticəsində qarın altında qalan mikroavtobusdakı insanların xilas edilməsi zamanı yenidən faciə baş verib və həlak olanların sayı artıb.