ÜST-ün baş direktoru: Koronavirusa qarşı əsas mübarizə hələ qarşıdadır

Bəşəriyyəti koronavirusla bağlı çətin sınaqlar gözləyir.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus Cenevrədə jurnalistlərə deyib.

A.Qebreyesus deyib: "İnanın, ən çətini - irəlidədir. Lakin biz bu faciənin qarşısını ala bilərik. Çoxları sadəcə bu virusun nə olduğunu başa düşmürlər".

ÜST-ün baş direktoru bildirib ki, COVID-19 bir tərəfdən çox yoluxucudur, digər tərəfdən isə əhalinin bəzi qrupları üçün ciddi təhlükə yaradır".