ABŞ-da koronavirusla bağlı qorxulu proqnoz: Ölüm hallarının sayı 145 mini keçəcək

ABŞ-da 2020-ci ilin avqustunda koronavirusdan ölənlərin sayı 145 000-i keçə bilər.

Bu barədə "İnterfaks” Vaşinqton Universitetinin mütəxəssislərinin proqnozlarına əsasən məlumat yayıb.

Yeni proqnoz ölkədə koronavirus infeksiyasının yayılma dinamikası əsasında hazırlanıb. Əvvəlki məlumatlarda eyni göstəricinin 5 000 nəfər daha az olacağı bildirilirdi.

Xatırladaq ki, hazırda ABŞ-da koronavirus qurbanlarının sayı 113 055-ə bərabərdir.