ABŞ prezidenti ÜST-ü Çindən asılı olmamağa səslədi

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 30 gün ərzində ABŞ-ın tələb etdiyi islahatları həyatı keçirməsə, Vaşinqton quruma maliyyə ayırmağı və beynəlxalq təşkilatda fəaliyyətini dayandıracaq.

"RİA Novosti” agentliyi xəbər verir ki, bu barədə Donald Trampın Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş katibi Tedros Adanom Gebreisusa göndərdiyi məktubda yazılıb.

Ağ Ev rəhbəri hesab edir ki, ABŞ-ın apardığı araşdırmalar nəticəsində məlum olub ki, ÜST-ün koronavirus pandemiyasına reaksiyası uğursuz olub.

D.Trampbeynəlxalq təşkilatı Çindən asılılığını azaltmağa dəvət edib.