Abşeronda sel suları küçələri basdı: Evlərin həyətini yuyub apardı - VİDEO

Ölkə ərazisində yağangüclü leysan Abşeron rayonunun Görədil kəndində dəbir sıra fəsadlara yol açıb.

Baku TV xəbər verir ki, sel suları yolları, yaşayış evlərinin həyətlərini yuyaraq aparıb.

Sel o qədər güclü olub ki, hətta avtomobil yolunu da keçilməz edib.

Güclü yağış məhəllə arası yollarda kanalizasiya xətlərini də sıradan çıxarıb.

Məsələ ilə bağlı sakinlərin müraciəti əsasındayerli icra nümayəndəliyi vəbələdiyyə əraziyə baxış keçirib.

Hazırda yaranmış fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür.

[[MEDIA_0]]