Arvadı ilə tutduğu kişini dörd il sonra öldürdü: Dəhşətli qətlin təfərrüatı - VİDEO

2018-ci il avqustun 13-də Daxili İşlər Nazirliyinin "102” Xidmətindən Şabran Rayon Polis Şöbəsinə şəhər ərazisində qətl törədilməsi barədə məlumat verilib. Polis və prokurorluq əməkdaşları Vidadi küçəsi, 26 ünvanında, yardımçı tikilidə üzərində bıçaq xəsarətləri olan şəhər sakini Ruslan Hacıyevin meyitini aşkar ediblər.

Baku.tv-nin məlumatına görə, ev sahibi Vüsal Hacıyev həmin şəxsi qısqanclıq zəminində öldürdüyünü vəqaynar xəttə zəng etdiyini deyib.

İstintaqla müəyyən edilib ki, V.Hacıyev R.Hacıyevi arvadı Dünya Adıgözəlova ilə 2014-cü ilin yayında yaşadığı evin həyətində birlikdə yaxalayıb. Baş verənlərə rəğmən V.Hacıyev onları bağışlasa da, R.Hacıyevin başqalarının yanında onun haqqında nalayiq ifadələr işlətməsi səbəbindənqisas almağı qərarlaşdırıb.

Belə ki, V.Hacıyev 2018-ci il avqustun 12-də mebel düzəltmək bəhanəsi ilə tanışı İsmayıl Səfərəliyev vasitəsi ilə R.Hacıyevi evə dəvət edib. Spirtli içki qəbul etdikdən sonraonu həyat yoldaşı ilə görməsini xatırladıb, həmin vaxt güzəşt etməsindən söz açıb.

R.Hacıyev onun arvadının əxlaqsız qadın olduğunu, digər insanlarla da görüşdüyünü bildirib. Başlanan mübahisədəV.Hacıyev masanın üzərindəki su ilə dolu şüşə qabı tanışının baş nahiyəsinə çırpıb, mətbəx bıçağı götürüb, ailə üzvləri və qonşuları eşitməsin deyə, onu həyətdə yerləşən yardımçı tikiliyə aparıb. Orada vurduğu bıçaq zərbələri nəticəsində R.Hacıyev hadisə yerində ölüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Hacıyev 12 il müddətinə azadlıqdan məhrum edilib.

Ətraflı Baku.Tv-nin süjetini təqdim edirik: