Dağlıq Qarabağda Rusiya sülhməramlılarına məxsus avtomobil qəzaya uğrayıb.
Azvision.azxəbər verir ki, bu barədə "Sputnik Armenia” məlumat yayıb.
Hadisə Xankəndi-Əsgəran yolunda qeydə alınıb.
Məlumata görə, "Suzuki Vitara” markalı avtomobil yoldan çıxaraq Rusiya sülhməramlı qüvvələrinə məxsus "Ural”a çırpılıb. Hadisə nəticəsində "Suzuki”nin sürücüsü və sərnişini həlak olub.