Türkiyə prezidenti Aya Sofyanı ziyarət etdi - FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aya Sofya məbədini ziyarət edib.

Bu barədə məlumat Türkiyə dövlət başçısının "Twitter” hesabında dərc edilib.

R.T.Ərdoğan Aya Sofyanın məbəddən məscidə çevrilməsi haqqında verilmiş qərardan sonra burada aparılan işlərlə tanış olub.

Qeyd edək ki, məbəddə 86 ildən sonra ilk ibadət 24 iyul cümə gününə planlaşdırılıb.