Ukrayna: :BMT TŞ-da veto hüququ məhdudlaşdırılsın

BMT Baş Assambleyasındakı Ukrayna nümayəndə heyəti təşkilatda veto hüququndan istifadə haqqına yenidən baxılmasını təkid edib.

Sabahinfo.az xəbər verir ki, bu barədə RİA informasiya yayıb.

"Son dövrlərdə bir çox hallarda beynəlxalq sülh və təhlükəsizliyin qorunması öhdəliklərinin pozulmasında veto hüququnda istifadə edilib. Ukrayna veto hüququndan istifadə hallarının məhdudlaşdırılmasına dair bütün təşəbbüsləri qətiyyətlə dəstəkləyir”, - Ukrayna təmsilçisi bildirib.