ÜST: Dünyada koronavirusa yoluxanların sayı 226 mindən çox artıb

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 226 mindən çox artıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

İyulun 16-ı saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 226 181 nəfər yeni koronavirusa yoluxub, 5 579 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 13 378 853, ölənlərin isə 580 045 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 7 016 851 yoluxma və 294 301 ölüm halı.

İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 2 987 256, ölənlərin sayı isə 205 006 nəfərə çatıb.

Üçüncü yeri Qərbi-Sakit okean regionu tutur, burada ümumilikdə 1 331 893 yoluxma və 32 776 ölüm halı qeydə alınıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.