95 səhiyyə işçisi məsuliyyətə cəlb olunub - Nazirlik

2015-ci ildə vətəndaşlardan Səhiyyə Nazirliyinə daxil olan şikayətlərin sayı açıqlanıb.

 Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 2015-ci ilin 9 ayı ərzində Nazirliyin Hüquq və daxili nəzarət sektoru tərəfindən daxil olmuş 1180 məlumat araşdırılıb.


Aparılan araşdırmalar nəticəsində 2015-ci ilin 9 ayı ərzində 95 tibb işçisi intizam məsuliyyətinə cəlb edilib.


Qeyd olunub ki, cinayət xarakterli pozuntu faktı ilə bağlı daxil olmuş məlumatlar hazırda hüquqi qiymət verilməsi üçün araşdırılır.