Deputatdan qardaşının təyinatına REAKSİYA

"Bu uğurların nəyin bahasına başa gəldiyini düşünmürlər” Milli Məclisin deputatı Adil Əliyev qardaşı Məhərrəm Əliyevin ədliyyə nazirinin müavini təyin edilməsi barədə ona ünvanlanmış təbrik mesajlarına münasibət bildirib.

O, qeyd edib ki, ancaq öz mənliyini qoruya bilənlər həyat mübarizəsində qalib gəlirlər. ""Bu həyat təkcə bizim deyil” düşüncəsini anlayıb, başqalarına ziyan vermədən yaşamağı öyrənməliyik. Həyatın gözəl olması üçün əxlaqımız və düşüncə tərzimiz gözəl olmalıdır. Bəziləri başqalarının uğurlarına qibtə edirlər, ancaq bu uğurların onlara nəyin bahasına başa gəlməsi barədə düşünmürlər. Sizə son günlər göstərdiyiniz dəstəkdən dolayı öz təşəkkürümü bildirirəm.

Minlərlə təbrik və dəstək mesajına ayrı-ayrılıqda cavablandırmaq olduqca çətindir. Biz Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşib,Azərbaycanımızı daha da güclü edəcəyik”.