Etirazçılar ABŞ Konqresinin binasına zorla daxil olublar - YENİLƏNİB

Etirazçılar bu gün ABŞ Konqresinin binasına zorla daxil olublar.

Trend-in məlumatına görə, bu barədə üst palatanın iclasına sədrlik edən senator Ceyms Leknford bildirib.

Məlumata əsasən, hər iki palata prezident seçkilərinin nəticələrinin təsdiqləməsi ilə bağlı birgə iclasın dayandırılmasından sonra Arizona ştatında keçirilmiş səsverməyə etirazları müzakirə edirdi.

Senator qeyd edib ki, etirazçılar ABŞ Konqresin binasındadır. O əlavə edib ki, Nümayəndələr Palatası kimi Senat da fasiləyə ayrılıb.

XXX

23:37

ABŞ-ın hazırkı prezidenti Donald Trampın tərəfdarları ABŞ Konqres Binasının qarşısındakı çəpərləri dağıdaraq polislə toqquşub.

Trend-in məlumatına görə, bu barədə Fox News telekanalı xəbər verib.

Bildirilib ki, polis gözyaşardıcı qazdan istifadə etməyə başlayıb.

Şübhəli paketlər tapıldıqdan sonra polisin yaxınlıqda yerləşən iki binadan insanları evakuasiya etmək qərarına gəldiyi də bildirilir.