Gürcüstanda 13 nəfər "donuz qripi"ndən ölüb

Gürcüstanda son bir ayda 13 nəfər "donuz qripi"ndən (H1N1) ölüb.

Trend-in məlumatına görə, bu səbəbdən ölkənin bütün klinikaları karantin elan edib. Tibb müəssisələri fövqəladə rejimdə işləyir.

Son məlumatlara əsasən, laborator qaydada 162 H1N1 virusuna yoluxma faktı təsdiqlənib.