12 futbol azarkeşi öldürülüb

İraqın Baakuba şəhərində silahlı hücüm nəticəsində "Real" (Madrid) futbol klubunun12 azarkeşi öldürülüb.

APA-nın "Gazeta.ru"-ya istinadən verdiyi məlumata görə, insident  "Real Madrid" azarkeşlərinin toplaşdıqları mərkəzdə, UEFA Çempionlar Liqasının final matçının yayımlandığı zaman baş verib.
 
Mərkəzə daxil olan silahlılar 12 nəfəri öldürərək hadisə yerindən qaçıblar. Terror aktının İŞİD terror qruplaşması tərəfindən törədildiyi ehtimal olunur.
 
Xatırladaq ki, mayın 13-də oxşar hadisə Səmarra şəhərində qeydə alınıb. "Real Madrid"in İraqda yerləşən mərkəzlərindən birinə edilən hücum nəticəsində 16 nəfər öldürülüb. Hadisəyə görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.sabahinfo.az