"Xar içində bitən qönçə"

İmadəddin Nəsimi
"Xar içində bitən qönçə" 

Xar içində bitən qönçə gülə minnət eyləməm,
Ərəbi, farisi bilməm, dilə minnət eyləməm.  Sirat-i müstəqim üzrə izləyərəm Rahimi  İblisin təlim etdiyi yola minnət eyləməm.  Bir əcaib dərdə düşdüm, hər kəs gedər karına,  Bu gün buldum - bu gün yerim, Haq kərimdir yarına,  Zərrəcə tamahım yoxdur bu dünyanın varına Ruzimi verən Xudadır, qula minnət eyləməm...  Ey Nəsimi, can Nəsimi ol qəni mehman ikən,  Yarın şəfaətlərim əhmədi-muxtar ikən,  Cümlənin ruzisin verən ol qəni səttar ikən Yer yüzünün xəlifəsi hünkara minnət eyləməm.