Deputat Siyəzəndə müəllimlərlə görüşdü

Siyəzəndə 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimlərimizlə görüşməkdən məmnun oldum.Görüşdə rayonun müxtəlif təhsil müəssisələrində çalışan müəllimlərlə bir araya gəldik, onların fəaliyyətləri, qarşılaşdıqları məsələlər və təhsil sahəsində həyata keçirilən tədbirlər barədə fikir mübadiləsi apardıq.Görüş zamanı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin son iki illik fəaliyyəti, xüsusilə təhsil işçilərinin əmək və sosial-iqtisadi hüquqlarının müdafiəsi, istirahət və müalicəsinin təşkili istiqamətində görülən işlər barədə də məlumat verildi.R.Məmmədov adına Eynibulaq kənd tam orta məktəbinin müəllimi Xəyalə Babayeva, T.Cəlilov adına Məşrif kənd tam orta məktəbinin müəllimi Ucar Zeynalov, Böyük Həmyə kənd tam orta məktəbinin müəllimi Ramil Əsgərov, V.Qasımov adına Yenikənd kənd tam orta məktəbinin müəllimi Şəhruz Mərdanov və Yenikənd kənd tam orta məktəbinin müəllimi Ema Məmmədovanı Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik etdik.Müəllim cəmiyyətin gələcəyini formalaşdıran ən mühüm peşə sahiblərindən biridir. Onların gənc nəslin bilik və dünyagörüşünün formalaşmasında, vətənpərvər və savadlı vətəndaşların yetişdirilməsində böyük əməyi var.
Dəyərli müəllimlərimizi bir daha təbrik edir, hər birinə möhkəm cansağlığı, fəaliyyətlərində uğurlar və yeni nailiyyətlər arzulayıram.
Bayramınız mübarək, əziz müəllimlər!
Müşfiq Məmmədli Milli Məclisin deputatı