Mirzə Ələkbər Sabir Fondu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Sabirin sözü, zamanın gözü”
layihəsinin icrasını yekunlaşdırıb. Layihə M.Ə.Sabirin vəfatının 115 illiyi
münasibətilə həyata keçirilib.
Layihə çərçivəsində M.Ə. Sabirin satirik şeirləri əsasında hazırlanmış
klassik karikaturalarla yanaşı, ötən 115 ilin baxış bucağını əks etdirən
müasir karikatura və illüstrasiyalardan ibarət “Sabirin sözü, zamanın gözü”
adlı kitab nəşr olunub. Həmçinin, Bakıda kitabın təqdimatı və
illüstrasiyaların sərgisi keçirilib.
Bununla yanaşı, əsərləri dövlət varidatı elan edilən M.Ə.Sabirin
sosial problemlər, ədalətsizlik, ehkamçılıq, maarifsizlik, milli dəyərlərin
aşınması, ailə-məişət münasibətlərindəki tənəzzül, mövcud ənənələrin zədələnməsi,
erkən və qeyri-bərabər nikahlar, cəhalət və dini fanatizm kimi problemləri
unikal dillə necə hədəfə alması mövzusunda mediada məqalələr dərc edilib.