İsmayıllıda yerləşən və rayonun icra başçısının birinci müavini Mahmud Süleymanova məxsus olan “Talıstan Forest” istirahət mərkəzi ətrafında iki milyon manatlıq qalmaqal yaşanıb.
Belə ki, 2005-ci ildə Süleymanovlar ailəsi Məhərrəmovlar ailəsinə müraciət edərək, şərikli olaraq İsmayıllı rayonunun Talıstan kəndində istirahət mərkəzinin tikintisini təklif ediblər.
Tərəflər arasında hər birinin 50% payı razılaşdırılıb. Süleymanovlar ailəsi torpaq ərazisini təmin edib, Məhərrəmovlar da tikintini maliyyələşdirib, 1.907.000 manat vəsait xərcləyib.
Tikinti başa çatandan sonra isə Məhərrəmovlar ailəsi nəinki idarəetmədə iştirak edib, heç əraziyə də buraxılmayıb.
İndi onların şikayətini prokurorluq araşdıracaq.