Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün

Forum öz işinə rəmzi mənası olan ziyarətlərlə başladı. İştirakçılar ilk olaraq müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin abidəsini ehtiramla yad etdilər. Daha sonra Şərq poeziyasının dühası, Gəncənin simvolu olan Nizami Gəncəvinin məqbərəsi ziyarət olundu. Tədbir iştirakçıları həmçinin Vətən müharibəsi dövründə Ermənistanın terror və müharibə cinayətlərinə məruz qalmış Gəncə sakinlərinin xatirəsinə ucaldılan Memorial Kompleksə gələrək günahsız qurbanların xatirəsini anıb, buraya tər çiçəklər düzdülər.