QHT-lər üçün yeni imkan

Gəncə şəhərində keçirilən IV QHT-lərin Əməkdaşlıq Forumu öz aktuallığı ilə seçilirdi. Bunu Şəhid ailələrinə maddi və mənəvi dəstək İctimai Birliyinin sədri Nəzakət Həsənova bildirib. Onun sözlərinə görə, Zəfər Günü ərəfəsində belə bir tədbirin keçirilməsinin xüsusi əhəmiyyəti var. Onun sözlərinə görə, belə forumların keçirilməsi QHT-lər üçün yeni üfüqlər açır: “Forum çərçivəsində Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin məqbərəsini və Gəncə Memorial Kompleksi Ziyarət olunub”. N.Həsənova qeyd edib ki, Forum günlərində müzakirə olunan məsələlər qeyri-hökumət təşkilatları arasında əməkdaşlığın genişləndirilməsi, yeni təşəbbüslərin formalaşdırılmasına gətirib çıxaracaq.