Şəmkir rayonunda ev yanıb. Sabahinfo.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bayramlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 100 m2 olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 16:07-də yanğınsöndürənlər tərəfindən söndürülüb.