ABŞ-da bir saata görə orta əmək haqqı artıb

2016-cı ilin dekabr ayında ABŞ-da işsizlik səviyyəsi 0,1% artaraq 4,7%-ə çatıb.

sabahinfo.Az-ın məlumatına görə, bu barədə ABŞ Əmək nazirliyinin məlumatında bildirilir.

Dekabr ayına ölkədə qeydiyyata alınan işsizlərin sayı 7,529 milyon nəfər təşkil edib, bu da noyabr ayı ilə müqayisədə 63 min nəfər çox deməkdir. Hesabat dövründə Amerika iqtisadiyyatında  (aqrar-sənaye kompleksi istisna olmaqla) 150 min yeni iş yeri açılıb. 

ABŞ Əmək nazirliyinin hesabatına əsasən, 2016-cı ilin sonuncu ayında ölkənin qeyri-kənd təsərrüfatı sektorunda özəl müəssisələrdə bütün əməkdaşlar üçün bir saata görə orta əmək haqqı noyabr ayı ilə müqayisədə 10 sent artaraq 26 dollara çatıb. Ümumilikdə ötən il ərzində bir saata görə orta əmək haqqı 2,9% artıb.