Amerikada marafondan öncə bomba partlayıb

Nyu-Cersidə xeyriyyə marafonunun başlamağına az qalmış əldəqayırma qurğu partladılıb, sabahinfo.Az "NBC New York”-a istinadən xəbər verir. 

Məlumata əsasən, partlayış nəticəsində xəsarət alan olmayıb. 

Qeyd edilir ki, qaçışda 5 min insan iştirak etməli idi. Təşkilatçılar hadisədən sonra tədbiri ləğv etmək qərarına gəliblər.

Dairə prokurorunun ofisindən verilən məlumata əsasən, partlayış yerində polis əməkdaşları ikinci partlayıcı qurğu aşkar ediblər.

Hazırda polis əməkdaşları hadisə ilə bağlı araşdırma aparır.