Bakı sakini üzləşdiyi xuliqanlıq əməli ilə bağlı polisə müraciət edib.
Sabahinfo.Az-ın lent.az-a istinadən məlumatına görə, Maştağa qəsəbə sakini, 1954-cü il təvəllüdlü İsmayılzadə Susanna İslam qızı14-cü Polis Bölməsinə müraciət edərək bildirib ki, dünən Nizami küçəsində Almazadlı şəxs xuliqanlıq zəminində onu döyüb. Şikayətçi onu döyən şəxsi tanıdığını desə də, hadisənin hansı səbəbdən baş verdiyini qeyd etməyib.
Faktla bağlı araşdırma aparılır.