Daşqın 30 can aldı

Sabahinfo.az AZƏRTAC-a istinadən bildirir ki, Pakistanın Xayber-Paxtunxva əyalətinin Çitral dairəsində yağan yağış, leysan və daşqınlar məscidi və bir neçə evi aparıb.

Yerli mətbuatın verdiyi xəbərə görə, daşqın nəticəsində azı 30 nəfər ölüb, onlarla adam yaralanıb.

Bu ərazidə yaşayan əhali təhlükəsiz yerlərə köçürülür.