Əli Laricani yenidən İran parlamentinin sədri seçilib

Əli Laricani yenidən İran parlamentinin sədri seçilib.

sabahinfo.az-ın  Press TV telekanalına istinadən verdiyi məlumata görə, mühafizəkarların təmsilçisi Ə. Laricani deputatların 173-nün səsini qazanıb. 

Onun rəqibi islahatçıların təmsilçisi, keçmiş vitse-prezident Məhəmməd Reza Aref isə cəmi 103 səs toplayıb.