Erməni əsgərlərin yeməklərini oğurlayan aşbazlar tutuldu

Ermənistanın hərbi hissələrinin birində aşpazları əsgər yeməklərini oğurladığı məlum olub. 

sabahinfo.az-ın məlumatına görə, Ermənistanın məhkəmə departamentinin mətbuat xidməti xəbər yayıb.

Departamentin araşdırmaları nəticəsində məlum olub ki, Mqer Zaroyan və Ovsanna Adamyan müxtəlif vaxtlarda əsgərlərin yeməklərini hərbi hissədən çıxarıblar. İttihamnaməyə qeyd edilib ki, hər iki aşbaz xeyli miqdarda donuz əti, bitki yağı, vermişel, tomat pastası, yumurta mənimsənilib.

Zaroyan və Adamyan barəsində cinayət işi açılıb. Hüquq mühafizə orqanları hər iki aşbazı nəzarət altına alıb. Polis onlara yaşadıqları yeri tərk etməyə icazə vermir. Bu Ermənistan ordusundə ilk mənimsəmə faktı deyil. Ötən ay hərbi hissələrdəki əsgərlərə məxsus yeməklərin Polşa şirkətlərindən birinə satılması barədə məlumat yayılmışdı. Belə bir faktı erməni hüquqşünas Qarik Qalikyan üzə çıxarıb.

O, bildirmişdi ki, Polşanın Bielsko Biala şəhərinin mağazalarından birində üzərində məlumatların erməni dilində yazıldığı məhsullar əsgər paltarları ilə birlikdə 500 zlotdu, (160 dollar) olan yazı görüb. Həmçinin geyimlə bərabər əsgərlər üçün konservləşdirilmiş qidalar Polşa mağazalarında satılır.

Bundan başqa aprel ayında Azərbaycan və Ermənistan arasında baş verən gərginlikdən sonra rəsmi İrəvan orduda həbslərə başlayıb. Həbs edilən erməni zabitlərin əksəriyyəti dövlət əmlakını mənimsəməkdə günahlandırılır