Ermənistanda MTX əməkdaşı intihar etdi

İrəvanda mənzillərin birində kişi meyidi aşkarlanıb. 

sabahinfo.az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Çağırış üzrə hadisə yerinə gələn "təcili yardım" briqadası asılmış kişinin meyidini aşkar edib. 

İntihar edən şəxs Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşıdır.