Filippin silkələndi

Filippində güclü zəlzələ baş verib.

Sabahinfo.Az report-a istinadən xəbər verir ki, bu barədə "İnterfax" agentliyi məlumat yayıb.
Məlumata görə, 5,6 bal gücündə zəlzələ Masbar adası sahillərində qeydə alınıb. Zəlzələ episentrdə sarsıntıların intensivliyi üzrə "dağıdıcı" kimi qiymətləndirilir.
Tələfat və ya dağıntı barəsində məlumat verilmir.