Fuad Ələsgərov: "Azərbaycan əmək miqrantlarının axın etdiyi ölkəyə çevrilir"

Azərbaycanda "ASAN Visa" xidməti noyabrda işə başlayacaq.

Sabahinfo.Az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Bakıda keçirilən MDB ölkələri Miqrasiya orqanlarının rəhbərləri Şurasının XIX iclasında deyib.

O qeyd edib ki, bu, Azərbaycana gələrkən viza alınması prosesinin rahatlığını əhəmiyyətli dərəcədə yüksəldəcək: "Azərbaycan tədricən əmək miqrantlarının axın etdiyi ölkəyə çevrilir".