Güclü yağış 7 can aldı

Hondurasda yağan güclü yağış nəticəsində 7 nəfər ölüb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ölüm faktları ölkənin cənub bölgəsində qeydə alınıb.

 

Məlumata əsasən, 3 uşaq torpaq sürüşməsi, daha 4 nəfər isə  daşqınlar nəticəsində boğularaq həyatlarını itiriblər.

 

Meteoroloqların məlumatına görə, cəmi bir neçə saat ərzində Hondurasın cənubuna 150 mm yağış düşüb. Bölgədə axtarış-xilasedici əməliyyat davam edir.