Hələb bombalanıb: 20 ölü

Rusiya və Bəşər Əsəd rejiminə aid hərbi təyyarələr Hələbə zərbələr endirib. sabahinfo.az saytı xəbər verir ki, bu dəfə Hələbin şərqində yerləşən Maadi, Ənsari, Sukkeri, Şear və Ard Hamra səmtləri bombalanıb. Bombardman nəticəsində 20 nəfər həyatını itirib, 70 dinc sakin isə yaralanıb. Bombardman nəticəsində həyatını itirənlərin əksəriyyətinin qadın və uşaqlar olduğu bildirilir.