Hücum hazırlığı görən 2 PKK terrorçusu məhv edildi

Türkiyənin Van vilayətində hücum hazırlığı görən 2 PKK terrorçusu zərərsizləşdirilib.

 

APA-nın "Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Vanın İpekyolu rayonunda terrorçulara qarşı əməliyyat keçirilib.

 

Təslim olmaq tələbinə əməl etməyən terrorçular polisə odlu silahlardan atəş açıblar. Cavab atəşi ilə hər iki terrorçu məhv edilib.