İran yeni nəsil pilotsuz hərbi təyyarəsini göstərdi

İranda yeni nəsil pilotsuz hərbi təyyarənin təqdimatı keçirilib. 

sabahinfo.Az-ın APA-ya istinadən məlumatına görə, RQ170 tipli təyyarə İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) qüvvələri tərəfindən istehsal edilib.

"Şimşək” adlandırılan təyyarə uzaq mənzillərə uçuş həyata keçirmə qabiliyyətinə malikdir.

Təyyarə həmçinin raketlərlə təchiz olunaraq hədəfi vurma qabiliyyətinə malikdir.

Təyyarənin SEPAH tərəfindən  2011-ci ilin dekabr ayında qənimət götürülmüş RQ170  tipli ABŞ təyyarəsinin oxşarı olduğu bildirilir.