İraqdakı terrorda 10 nəfər ölüb

İraqda törədilən terrorda ölənlərin sayı artıb. sabahinfo.az saytı xarici mediaya istinadən xəbər verir ki, paytaxtı Bağdaddakı terrorda ölənlərin sayı 10 nəfərə çatıb.

Məlumata görə, hadisə zamanı daha 35 nəfər xəsarət alıb. Hələlik terror aktına görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.

Qeyd edək ki, ilkin məlumatda hadisə zamanı 7 nəfərin öldüyü, 20 nəfərin yaralandığı bildirilirdi.