İŞİD-i maliyyələşdirməkdə şübhəli bilinən 8 nəfər tutulub

Belçika polisi İŞİD-i maliyyələşdirməkdə şübhəli bilinən şəxsləri yaxalayıb. sabahinfo.az saytı xarici mediaya istinadən xəbər verir ki, saxlanılan 8 nəfər qruplaşmaya yeni silahlılar cəlb etməkdə də iştirakda şübhəli bilinir.

Belçika Federal Prokurorluğunun məlumatına görə, əməliyyat dörd bölgədə keçirilib. Axtarışlar zamanı silah və partladıcı qurğular aşkarlanmayıb.