İŞİD-in sonu çatdı: Əl-Bab alınır

Türkiyə Silahlı Qüvvələri "Fərat qalxanı” əməliyyatı çərçivəsində Əl-Bab şəhərinə doğru hücumları intensivləşdirib.

 

sabahinfo.az xəbər verir ki, Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusunun terrorçuların mövqeyinə təxminən 10 km-ə qədər yaxınlaşdığı bildirilib.

 

İŞİD hədəflərinə havadan və qurudan zərbələr endirildiyi vurğulanıb.

 

Bəzi mənbələrdə Əl-Babın Baraqat və Keferqran kəndlərinin müxaliflər tərəfindən alındığı qeyd edilib.