İŞİD Türkiyəyə müharibə elan etdi

İŞİD Türkiyədəki hava limanlarını hədəf seçib.

sabahinfo.az anspress-ə istinadən xəbər verir ki, buradə ötən il Ankara vağzalında 100 nəfərdən çox insanın həlak olması ilə nəticələnən terror hadisəsi ilə bağlı hazırlanan idiaanamədə deyilir.

Terror təşkilatının Kayseri və Malatya Havalimanları ilə bağlı məlumat topladığı məlum olub. Türkiyənin sərhəd yoxlamalarını gücləndirməsindən sonra təşkilatın Türkiyəyə qarşı müharibə elan etdiyi və əsgər və mülkilərin hazırlanması istiqamətində ciddi təlimlərə başlanıldığı bildirilir.

Təşkilatın Qaziantep əmiri ilə Suriyada yaşayan Türkiyədən məsul İlhami Balı arasında aparılan gizli yazışmalar polis araşdırmalarından sonra ortaya çıxıb. Bir yazışmada Türkiyənin sərhəd keçidlərini nəzarətə götürməsi və koalisiya təyyarələrinin İŞİD nöqtələrini vurmasından sonra Türkiyəyə qarşı müharibə elan etdiyi deyilir. İddianamədə müharibə ilə bağlı bu ifadələr yer alıb.

"...Türkiyə bizə müharibə elan edib. Qardaş və bacılarımızı yollarda tutub ölkələrinə geri qaytarır. Biz də müharibə elan edirik. Vurun qardaşım! Nə qədər adam lazımdırsa, biz göndərərik. Möminlərin qəlblərinə su səpin, turistik bölgələri vurun ki, bir az biz də sevinək", - deyə yazışmada bildirilir.

Yunusu Durmazın komputerində ələ keçirilən sənədlərə görə, təşkilatın mühribə elan etməsindən sonra Türkiyənin qərbdən-şərqə şimaldan-cənuba bütün əyalətlərində jandarm, xüsusi təyinatlı batalyonlar, sərhəd məntəqələri haqqında məlumatların toplanılmasına başlanılıldığı bildirilir.

Sənədlərdə hərbi bölmələrin, su anbarları, kilsələr, konsulluqlar, lions və rotary klubları, Atatürkçü Düşüncə Dərnəyi, Alovu Bəktaşi Dərnək və Fondları, Pir Sultan Abdal Dərnəyi, Cəm Mədəniyyət Evlərinin adları da yer alıb.