İTV-nin Yayım Şurasının sədri seçilib

İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının iclası keçirilib.

Milli Televiziya və Radio Şurasından verilən məlumata görə, iclasda təşkilati məsələyə baxılıb.

Yayım Şurasının yekdil qərarına əsasən Muxtar Kazım oğlu İmanov İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədri seçilib.