Kaliforniyada atışma nəticəsində 8 nəfər yaralanıb

ABŞ-ın Kaliforniya ştatının Oklend şəhərində gecə klubu yaxınlığında atışma baş verib, 8 nəfər yaralanıb.

 

APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident "Vinil” gecə klubunda baş verib. Məlumata görə, yaralananlardan  iki nəfər şübhəli şəxs qismində saxlanılıb.   

 

Yaralananlardan dördünün qadın olduğu bildirilir.  

 

İnsidentin təfərrüatları dəqiqləşdirilir.