Kanadada lotereyada 45,4 milyon dollar uduş olub

Kanadada milli "Lotto max” lotereyasında 45,4 milyon dollar cekpot udulub.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, əsas uduş 2 nəfər arasında bölünəcək.

 

Həmin lotereya biletləri Ontario ştatında satılıb. Eyni zamanda 5 bilet sahibinə də 750 min dollar təsəlli mükafatı veriləcək.