Kiyevdə Rusiya səfirliyinə hücum

Rusiyanın Kiyevdəki səfirliyi bu gecə naməlum şəxslərin hücumuna məruz qalıb.

 

APA-nın məlumatına görə, bu barədə "Strana.ua" saytı hadisə şahidlərinə istinadən xəbər verib.

 

Məlumata əsasən, 20-dək naməlum şəxs gecə saatlarında diplomatik missiyanı fişənglərdən atəşə tutub, sonra isə hadisə yerindən qaçıblar.

 

Səfirliyi mühafizə edən Ukrayna Milli Qvardiyaçıları faktı təsdiqləyib.