Laosda körpü uçdu: 2 məktəbli öldü, 3-ü itkin düşdü

Laosun şimal bölgəsində körpünün uçması nəticəsində 2 uşaq ölüb, 3-ü itkin düşüb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, ötən gün 57-si məktəbli olmaqla 59 nəfər taxta körpünün uçması səbəbindən suya düşüb.

 

Yerli sakinlərin köməyi ilə suya düşənlərin əksəriyyəti xilas edilib.

 

Bir müddət sonra xilasedicilər 2 məktəblinin meyitini sudan çıxarıb, daha 3-ün axtarışları davam etdirilir.