Lavrov Bakıya gəlir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfər edəcək.

Sabahinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova mətbuat konfransında deyib. O bildirib ki, S.Lavrov dekabrın 14-də Bakıda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək.