Srağagün axşam saatlarından respublikanın cənub bölgəsində başlayan yağış ötən gecə daha intensiv xarakter alıb.
sabahinfo.Az xəbər verir ki, APA-nın cənub bürosunun məlumatına görə, nəticədə Lənkəranda bir sıra problemlər yaranıb.
Sel suları fərdi həyətyanı sahələri, yaşayış evlərini, əkin yerlərini basıb, sakinlərə xeyli ziyan dəyib.
Sel Girdəni çayı üzərində yerləşən piyada körpüsünü uçurub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran Regional Hidrometeorologiya Regional Müəssisəsinin rəisi Cavid Hüseynovun verdiyi məlumata görə, bölgədə yağıntılar aylıq normanın 50%-i təşkil edib. Yağıntı nəticəsində çaylarda sululuğun səviyyəsi 50-70 sm-ə qədər artıb. Növbəti günlərdə isə dağlıq ərazilərdə sulu qar və qar yağacağı gözlənilir.
Proqnoza görə, bölgədə qeyri-sabit hava şəraiti oktyabrın 14-nə kimi davam edəcək.
Hazırda yağmurlu hava şəraiti davam etməkdədir.