Luisvilldə Məhəmməd Əli ilə vida mərasimi başladı

İnsanlar yolların kənarına toplaşıblar.

ABŞ-ın Luisvill şəhərində (Kentuki ştatı) on minlərlə insan əfsanəvi boksçu Məhəmməd Əli ilə vidalaşmaq üçün küçələrə toplaşıb, sabahinfo.az BBC-yə istinadən xəbər verir.

Əlinin cəsədi olan cənazə avtomobili onun həyatının yaddaqalan yerlərindən keçəcək. 

Mərasimdə İordaniya kralı Abdalla, ABŞ-ın sabiq prezidenti Bill Klinton, aktyor Billi Kristal, Əlinin həyat yoldaşı Əli Lonni və qızı Məryamın çıxışı gözlənilir.

Məhəmməd Əlinin cənazəsini boks üzrə keçmiş dünya çempionu Lennoks Lyuis və "Əli” filmində baş rol oynamış aktyor Uil Smit daşıyacaq.